“Qarabağ” “Neftçi”yə 3 qolla qalib gəlib liderliyə qayıtdı

Şərhlər · 6 Baxış

Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi keçirilib.

Kulek.Az xəbər verir ki, 15-ci turun 3-cü oyun günündə son çempion "Qarabağ" hazırda 8-ci pillədə qərarlaşan "Neftçi"nin qonağı olub. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.

Beləliklə, "Qarabağ" bu qələbədən sonra "Araz-Naxçıvan"ı qabaqlayaraq 37 xalla 1-ci yerə yüksəlib. "Neftçi" isə 13 xalla 8-ci yerdədir. 

1 dekabr (bazar)

19:00. “Neftçi” – “Qarabağ” - 0:3

Qol: Leandro Andrade, 27, Nəriman Axundzadə, 53, Leandro Andrade, 55

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirli, Elçin Məsiyev

VAR: Kamal Umudlu

AVAR: Elşad Abdullayev

“Neftçi Arena"

Şərhlər