Müzəffər Ordumuzun şanlı ZƏFƏR PARADININ DÖRDÜNCÜ İLİ

Şərhlər · 12 Baxış

Bu gün Azərbaycanın müzəffər Ordusunun Vətən müharibəsində qazandığı şanlı qələbə şərəfinə Bakıda keçirilən ilk tarixi hərbi paraddan dörd il keçir.

Kulek.Az xatırladır ki, Zəfər paradı 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilib.

Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər.

"Dəmir yumruq" əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, "Zəfər" ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.

Parada Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı gətirilib.

Paradda 3 000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub.

Həmçinin, paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

Hərbi orkestr "Azərbaycan fanfarası"nı ifa edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verib.

Şərhlər