"Qarabağ" üçün Avroliqada ilin son oyunu

Şərhlər · 96 Baxış

Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 6-cı tur oyununa çıxacaq. Bu, sözügedən yarışda 2024-cü ilin son oyunu olacaq.

Kulek.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə İsveç "Elfsborq"u ilə qarşılaşacaq. "Boras Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Oyunu Portuqaliyadan olan hakimlər idarə edəcək.

"Qarabağ" və "Elfsborq" tarixlərində ilk dəfə üz-üzə gələcəklər. Qurban Qurbanovun komandası üçün Oskar Hilyemarkın kollektivini məğlub etmək pley-off şansını qorumaq baxımından olduqca vacibdir. 

Hazırda turnir cədvəlində "Elfsborq" 4 xalla 28-ci, "Qarabağ" isə 3 xalla 32-cidir. 

Avropa Liqası, Liqa mərhələsi, 6-cı tur

00:00. "Elfsborq" (İsveç) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Antoniu Nobre, Pedro Ribeyru, Nelson Pereyra, Bruno Miqel Karmo Vyeyra

"Boras Arena"

Şərhlər