"Qarabağ" "Elfsborq"a uduzdu

Şərhlər · 12 Baxış

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 6-cı tur oyununa çıxıb. Bu, sözügedən yarışda 2024-cü ilin son oyunu olub.

Kulek.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə İsveç "Elfsborq"u ilə qarşılaşıb. "Boras Arena"da keçirilən görüş "Elfsborq"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" və "Elfsborq" tarixlərində ilk dəfə üz-üzə gəliblər. 

Bu nəticədən sonra turnir cədvəlində "Elfsborq" 7 xalla 24-cü, "Qarabağ" isə 3 xalla 33-cüdür. 

Avropa Liqası, Liqa mərhələsi, 6-cı tur

00:00. "Elfsborq" (İsveç) - "Qarabağ" (Azərbaycan) - 1:0 

Qol: Ahmed Qasem, 59

Hakimlər: Antoniu Nobre, Pedro Ribeyru, Nelson Pereyra, Bruno Miqel Karmo Vyeyra

"Boras Arena"

Şərhlər