"Qarabağ" sabiq futbolçusu Kadi Borqesin transferin açıqlayıb.
Kulek.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Macarıstanın "Ferensvaroş" klubundan transfer edilən braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
“Qarabağ” Kadinin əvəzində “Ferensvaroş”a futbolçusu Julio Romanonu göndərib. Yəni yeni transfer Kadi ilə Romao dəyişdirilib. Artıq "Qarabağ"ın düşərgəsini tərk edən Romao hazırda Macarıstandadır.
2021-22-ci illərdə "Qarabağ"da forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.
Qeyd edək ki, Kadi 2023-cü ilin yanvar ayında “Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna, 2024-cü ilin yayında isə “Krasnodar”dan “Ferensvaroş”a transfer olunub.
O, bu mövsüm Budapeşt klubu ilə bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 3 qol vurub, 7 qolun ötürməsini edib.