Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Kulek.az xəbər verir ki, ilk oyun gününə iki görüş nəzərdə tutulub. Bununla da yarımfinalın ilk iştirakçısı bəlli olub.
Kubokun son qalibi "Qarabağ" "Səbail"i qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında keçirilən ilk görüşdə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.
Günün digər matçında isə "Sabah" "Sumqayıt"ın qonağı olacaq.
Azərbaycan Kuboku, 1/4 final mərhələsi, cavab oyunları
27 fevral
16:00. “Qarabağ” – “Səbail” - 3:1
Qollar: Musa Qurbanlı, 13 (1:0), Rüfət Abdullazadə, 15 (1:1), Emin Rüstəmov, 43-avtoqol (2:1), Nəriman Axundzadə, 55 (3:1)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Şirmamed Mamedov
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun: 1:0.