Sabah gecə Bakıda 8, rayonlarda 24 dərəcə şaxta olacaq - XƏBƏRDARLIQ

Şərhlər · 21 Baxış

Bakıda və Abşeron yarımadasında martın 1-dən 2-nə keçən gecə 5-8 dərəcə şaxta olacaq.

Kulek.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, havanın minimal temperaturunun Aran rayonlarında 3-8, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 19-24 dərəcə şaxta olacağı gözlənilir.

Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar ölkə ərazisində bəzi yollar buz bağlayacaq.

Şərhlər