Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri zamanı Ağ Evdə baş tutan danışıqlarda gərginlik yaşanıb.
Kulek.Az xəbər verir ki, kadrlar sosial şəbəkələrdə yayılıb.
Yüksək tonlu müzakirələr Ukrayna liderinin ABŞ-nin təhlükəsizlik zəmanətləri verməli olduğunu bildirdikdən sonra başlayıb.
Cavab olaraq Tramp Zelenskiyə ABŞ-yə hörmətsizlik göstərdiyini və "Amerikanın nə etməli olduğunu diktə etmək hüququnun olmadığını" söyləyib.
"Müharibənin başlanğıcından bəri əlverişsiz şəraitdəsiniz. Siz minnətdar olmalısınız. İnsanlar ölür, sizdə hərbi qüvvələr çatışmır. Siz bizə atəşkəs istəyib-istəmədiyinizi deyə bilməzsiniz. Bu axmaq prezident (Co Bayden - red.) vasitəsilə sizə 350 milyard dollar verdik, hərbi texnika verdik. Əgər bizim hərbi texnikamız olmasaydı, bu müharibə iki həftədən az vaxtda bitərdi" - ABŞ prezidenti əlavə edib
Zelenski oxşar sözləri Putinin dilindən də eşitdiyini vurğulayıb.
"Bu şəkildə işlər davam edə bilməz", - deyə Tramp etiraz edib.
İddialara görə, tərəflər məsləhətləşmələr üçün danışıqları yarıda dayandırıblar.