Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulacaq.
Kulek.Az xəbər verir ki, son oyun günündə Bakı vaxtı ilə saat 21:45-də "Lill" klubu "Borussiya Dortmund"u qəbul edəcək.
Bakı vaxtı ilə gecəyarısı "Arsenal" klubu PSV ilə, "Aston Villa" klubu "Brügge" ilə, "Atletiko Madrid" isə "Real Madrid"lə qarşılaşacaq.
Qeyd edək ki, artıq "Barselona", "İnter", "Bavariya" və PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
12 mart
Saat 21:45, "Lill" - "Borussiya Dortmund" (ilk oyun - 1:1).
13 mart
Saat 00:00, "Arsenal" - PSV (ilk oyun - 7:1);
Saat 00:00, "Aston Villa" - "Brügge" (ilk oyun - 3:1);
Saat 00:00, "Atletiko Madrid" - "Real Madrid" (ilk oyun - 1:2).