Ərinin arxasınca narkomanlarla görüşə gedən qadın: FACİƏ ilə nəticələnən ömür

Şərhlər · 10 Baxış

Narkotikə görə qardaşının canına qıydı.

Fərid (şərti ad) uzun müddət idi ki, narkotik aludəçisi idi. O, vaxtaşırı qardaşının hesabına müalicə alırdı və elə buna görə də, hamı inanırdı ki, Fərid sağalacaq. Amma o, evdəki əşyaları satıb narkotik almağa başlamışdı.

Fərid yaşadığı mənzildə narkotikdən istifadə etməyə başlayır və bütün bunları həyat yoldaşı Yeganənin (şərti ad) gözü qarşısında edirdi.

Növbəti gün səhər yeməyi hazırlamaq istəyən Yeganə soyuducunu açır və içini boş görür. Fəridi oyadır və evdə heç bir ərzağın olmadığını deyir. Fərid əsəbi halda onu təhqir edir, itələyir, "get, iş axtar, pul qazan" deyir.

Yeganə ağlamaqla çarə tapmağın mümkün olmadığını anlayır və Fəridin qardaşı İkramla (şərti ad) görüşmək qərarına gəlir. Yeganə İkrama "Fəridin artıq geri dönüşü yoxdur, vəziyyət çox pisdir, sən onunla mütləq görüşməlisən" deyir.

İkram Yeganə ilə birlikdə Fəridin yanına gəlir. İçəri daxil olan kimi Fərid qardaşı ilə heç nə olmamış kimi davranır. İkram ondan nə baş verdiyini soruşanda, Yeganə pula ehtiyacı olduğunu deyir. İkram da bir daha onlara əl tutmağa söz verir. Cibindən pul çıxarıb Fəridə uzadır. Sonra ona bu halın bir daha təkrarlanmamağını tapşırır və işinə qayıtması üçün müdirlə danışacağına söz verir.

Növbəti gün Fərid evdən işə getmək bəhanəsi ilə çıxır. Nə edəcəyinə qərar verə bilmir və evə qayıdır. Elə bu vaxt narkotik satıcısına zəng edir. O, narkotikə ehtiyacı olduğunu bildirir. Sonra pul almaq üçün həyat yoldaşına hücum edir.

Yeganə İkramın iş yerinə gedir. O, İkrama Fəridi təcili narkotikdən xilas etməli olduğunu deyir. İkramla Yeganə birlikdə Fəridin həmişə narkotik almağa getdiyi yerə yollanırlar.

Onlar Fəridi pusquya salır və onun keçdiyi küçələrlə addımlayırlar. Bundan xəbərsiz olan Fərid təyin olunmuş görüş yerinə gəlib narkotik alverçisini gözləyir.

Yeganə və İkram gəlib onu tapırlar. Amma İkramın israr etməsinə baxmayaraq, Fərid "məni narkotikdən heç kim ayıra bilməz" deyir. Bu zaman aralarında mübahisə yaranır və daha sonra Fərid üzərində əvvəldən saxladığı bıçaqla doğma qardaşının ürək nahiyəsinə ard-arda zərbələr endirir və hadisə yerindən qaçaraq uzaqlaşır.

Daha sonra Yeganənin səsinə ətrafdan keçən insanlar toplaşırlar. Oraya həm təcili tibbi yardım, həm də polis əməkdaşları çağırılır. İkram xəstəxanada həyatını itirir. Fərid isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilir.

Şərhlər