"Qarabağ" "Səbail"i darmadağın etdi

Şərhlər · 21 Baxış

Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub. 

Kulek.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib. 

Çempionatın lideri “Qarabağ” sonuncu pillədə qərarlaşan “Səbail”i qəbul edib. Görüş Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.  

Beləliklə, "Qarabağ" turnir cədvəlinə 53 xalla liderlik edir. "Səbail" isə 16 xalla sonuncu - 10-cu yerdədir. 

Misli Premyer Liqası, 3-cü dövrə, 22-ci tur

11 fevral

19:00. “Qarabağ” - “Səbail” - 5:0 

Qol: Yassin Benzia, 76 - pen; Leandro Andrade, 80, 85, Kadi Borqes, 88, Nəriman Axundzadə, 90+3
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Tofiq Bəhramov adına Respublika stadionu

Şərhlər